Xəzərin Xaçmaz rayonu ərazisində itkin düşən və bu gün səhər saatlarında meyiti tapılan balıqçının şəxsiyyəti müəyyənləşib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, meyiti tapılan balıqçı Xaçmaz rayonunun Tikanoba kənd sakini Həmzə Nurəddinovdur.
Onun meyiti Şabran rayonunun Çayqaraqaşlı kəndinin ərazisində tapılıb.
Xatırladaq ki, ötən gün səhər saatlarında Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər - Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüb. Balıqçının meyiti digər balıq tutan balıqçıların toruna düşüb. Həmçinin axtarışlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB