Düşmən atəşkəsi 88 dəfə pozub

Düşmən atəşkəsi 88 dəfə pozub

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumatda bildirilir ki, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə