Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti təlim sessiyası həyata keçirilib. SİA-nın məlumatına görə, "Öz Biznesinə Başla" təlimi Xəzər rayon Gənclər Evinin dəstəyi, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin "Youth Inc." Proqramının tərəfdaşlığı ilə baş tutub. Tədbirdə Xəzər rayonunun Şüvəlan qəsəbəsinin gəncləri iştirak edib.
Təlim kreativ ideyalara malik olan gənclərin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və onlara şəxsi bizneslərini qurması üçün dəstək olmaq məqsədilə təşkil olunub.
Tədbirə ARGTMŞ-ın "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı ilə start verilib. Təqdimat zamanı iştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib. Təqdimat başa çatdıqdan sonra təlim sessiyasına start verilib."Youth Inc." Proqramının təlimçisi tərəfindən iştirakçılara biznes-planın yazılması, investorların cəlb olunması, biznes kreditlərin növləri, vergi sistemi, biznesin rəsmi qeydiyyatı, təqdimat bacarıqlarının inkişafı və başqa mövzular üzrə geniş məlumat verilib. Daha sonra, keçirilən praktiki məşğələlər, komanda oyunları vasitəsilə əldə etdikləri biliklər əsasında müzakirələrdə iştirak ediblər. Sonda tədbir iştirakçılarının təltifolunma mərasimi keçirilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilmişdir. Bunu nəzərə alaraq, "Azərbaycan: 2020 gələcəyə baxış" İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir. Bu günə qədər "Yerli Gənc" Proqramı çərçivəsində təlim sessiyaları Şəki rayonunun Kiş, Lənkəran rayonunun Separadi, İsmayıllı rayonunun Kürdmaşı, Ağdam rayonunun Quzanlı, Quba rayonunun Qımılqışlaq, Sabirabad rayonunun Nərimanabad, Beyləqan rayonunun Dünyamallar kəndlərində 160-dan çox gəncin iştirakı ilə baş tutub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB