Adil Əliyev: "Yeni salınan qəsəbələrə marşurtuların açılması yaxşı olardı"

Adil Əliyev: "Yeni salınan qəsəbələrə marşurtuların açılması yaxşı olardı"

"Taksilərə taksometrlərin quraşdırılması vacibdir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Adil Əliyev deyib. O qeyd edib ki, taksilərin bəzilərində taksometrlərin olmasına baxmayaraq, bu sahədə ciddi problemlər var: "Taksi sürücüləri sərnişinlərə "nə verərsən, verərsən" deyirlər. Bu isə, insanları narahat edir. Ona görə, taksometrlər bütün taksilərə quraşdırılmalıdır. Nəqliyyatın idarəetmə bazasının Daxili İşlər Nazirliyinə verilməsi isə gözəl təklifdir".

O, yeni salınan qəsəbələrdə marşurutların olmamasına da diqqət çəkib. Bildirib ki, yeni salınan qəsəbələrə marşrutların açılması yaxşı olardı.

Deputat qeyd edib ki, rayonlara gedərkən məlumat lövhələri olmur. O, aidiyyatı qurumların bu məsələlərə baxmasını xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə