Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların SİYAHISI

Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların SİYAHISI

Bu il Aşura günü 24 oktyabr 2015-ci il tarixinə təsadüf edir. Həmin gün respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək. SİA Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) mətbuat xidmətinə istinadən qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edir:

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu "Mir Mövsüm ağa" məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər "Cümə" məscidi;

9. Gəncə şəhər "İmamzadə" məscidi;

10. Mingəçevir şəhər "Heydər" məscidi;

11. Şəki şəhər "Cümə" məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər "Cümə" məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

QMİ məlumat üçün onu da bildirir ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə