Rusiyadakı səfirimiz Türkiyənin Moskvadakı səfirliyində olub

Rusiyadakı səfirimiz Türkiyənin Moskvadakı səfirliyində olub

Oktyabrın 13-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Türkiyənin Moskvadakı səfirliyində olub. Səfir Ankarada törədilmiş və çoxlu sayda insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı başsağlığı verib.

Səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazan Polad Bülbüloğlu Türkiyə xalqına, terror aktı nəticəsində həyatını itirmiş insanların yaxınlarına dərin hüznlə başsağlığı verib və səbir diləyib.

P.Bülbüloğlu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım ilə görüşündə terrordan əziyyət çəkmiş bir ölkə kimi, Azərbaycanın terror aktını qətiyyətlə pislədiyini və bu ağır gündə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə