Frans-Press Agentliyi xəbər verir ki, AFR Prezidenti Yoahim Qauk ABŞ lideri Barak Obamadan qaçqınlar böhranının həllinə Amerikanın fəal qoşulmasını xahiş edib. Y.Qauk deyib: "Almaniya öz keçmişinə nəzər salaraq, insanlara sığınacaq verməyə razı olan bir ölkədir". O, bu "mühüm humanitar missiyanın" yerinə yetirilməsi imkanının ABŞ tərəfindən də nəzərdən keçirilməsi arzusunu da bildirib.
Almaniya Prezidentinin fikrincə, Suriyada vəziyyət "çox qarışıqdır", böhranı aradan qaldırmaq üçün lazımlı "diplomatik cavablar" hələlik yoxdur. Buna baxmayaraq, Almaniya Prezidenti ümidvar olduğunu bildirib ki, tərəflər təqib olunan insanların problemini həll etməyə və "Suriyada gərginlik ocağını söndürməyə" müvəffəq olacaqlar.
Barak Obama isə Yoahim Qauk şəxsiyyətinin tarixi əhəmiyyətini vurğulayaraq deyib: "Ola bilsin, müasir vahid Almaniyanın yaradılmasında cənab Qaukun necə qeyri-adi rol oynadığı amerikalıların hamısına məlum deyil". ABŞ Prezidenti bildirib ki, Prezident Y.Qaukun sayəsində Almaniya Suriya münaqişəsi kimi beynəlxalq mövzuların həllinə nəzərə çarpacaq töhfə verir.
Yoahim Qauk son 18 ildə Ağ Evdə qəbul edilən ilk Almaniya Prezidentidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB