Mənzillə təmin olunmaq istəyən hərbiçilər...

Oktyabrın 6-dək Müdafiə Nazirliyinə müraciət edə bilərlər
Mənzillə təmin olunmaq istəyən hərbiçilər...

Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 2015-ci il oktyabrın 6-dək Müdafiə Nazirliyinin mənzil istismar idarəsinə müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlayıb, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçmiş hərbi qulluqçular mənzil üçün müraciət edə bilərlər. Əlaqə telefonu: (055) 675-26-56.

Bütün xəbərlər Facebook səhifəmizdə