Yeni peşə məktəbi tikilir FOTO

Gəncədə yeni peşə məktəbi tikilir. Tikilinin gələn ilin ortalarına başa çatdırılması nəzərdə tutulur. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, peşə məktəbi üçün yeni bina şəhərin Bakı istiqamətindən girişində, Kimyaçılar küçəsində tikilir. Binanın inşasına 2014-cü ilin yanvar ayından başlanılıb və peşə məktəbi üçün ümumi 5224 kv m ərazi ayrılıb. Artıq binanın zirzəmisi hazırdır və birinci mərtəbədə beton tökülür. Sentyabrın sonunda isə ikinci mərtəbənin inşasına başlanılacaq. 2 saylı peşə məktəbi üçün yeni binanın inşası başa çatdıqdan sonra şəhərdə olan 5 peşə məktəbi və liseyin hamısı tam yenidən qurulmuş olacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə