Sabah 36 dərəcə isti olacaq

Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Sentyabrın 4-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə