Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan Əmək yarmarkaları sentyabrın 4-də Samux və Qusar rayonlarında davam etdiriləcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbirlər zamanı həmin rayonlarda fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim edilməsi də nəzərdə tutulur. Həmçinin peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Cari ilin yanvar-avqust aylarında respublikanın rayon və şəhərlərində ümumilikdə 23 Əmək yarmarkası keçirilib. Bu tədbirlər nəticəsində 1743 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 180 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 78 nəfər ödənişli ictimai işlərə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...