Rəcəb Tayyib Ərdoğan: "Türkiyədə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək"
Türkiyədə yeni hökumətin qurulmaması səbəbindən noyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Anadolu Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə dövlətinin başçısı avqustun 23-də parlament sədri ilə növbədənkənar seçkiləri müzakirə edəcək. Prezident diqqətə çatdırıb ki, parlament seçkilərini keçirilməsi üçün Türkiyə Böyük Millət Məclisi üzvlərindən və deputat olmayan şəxslərdən ibarət müvəqqəti hökumət qurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB