FHN-nin xətti ilə inşa olunan evlər dörd il müddətinə inşa olunub
Qusarın Urva kəndində 2009-cu ilin mart ayında evləri torpaq sürüşməsindən dağılmış 15 ailəyə bu gün sanki ikinci həyat verildi. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bir neçə ildir qonum-qonşu evində gəcəliyən sakinlər yeni inşa olunmuş evlərə köçdülər.
FHN-nin Xaçmazdakı Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev dəniz səviyəsindən 1100 metr yündürlükdə yerləşən Urva kəndində iş şəraitnin çətinliyinə baxmayaraq tikintinin uğurla başa çatdırıldığını bildirdi.
Şahin Mirzəyev bölgədə tebii fəlakətdən zərər çəkən sakinlər üçün yeni mənzillərin tikilməsi istaqamətində işlərin davam etdiyini dedi.
Emin Kərimov, Qusar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB