Həmsədrlər Vyanada

ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanaya yola düşüblər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter"dəki səhifəsində yazıb.

O qeyd edib ki, Vyanada vasitəçilər Minsk qrupunun üzv ölkələrinin nümayəndələri ilə brifinq keçirəcəklər: "Brifinqdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı fikir mübadiləsi aparacağıq. Sonra Bakıya yola düşəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə