Əli Məsimli: “Avtomobillərdən istifadənin məhdudlaşdırılmasının tərəfdarıyam” AÇIQLAMA

Əli Məsimli: “Avtomobillərdən istifadənin məhdudlaşdırılmasının tərəfdarıyam” AÇIQLAMA

"Harda şərait varsa, avtomobillər orada istifadə olunmalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Əli Məsimli deyib. O qeyd edib ki, Avropa Oyunları müddətində Bakıda avtomobillərdən istifadə məhdudlaşdırılmalı, bu kampaniya xüsusiyyəti daşımamalıdır: "Avtomobillərdən istifadənin məhdudlaşdırılmasının tərəfdarıyam. Çünki nə qədər çox məhdudiyyətləşməyə imkan varsa, maksimum səviyyədə həmin məhdudiyyətləşməyə getmək lazımdır. Ama mütləq mənada düşündükdə bəzi insanların evdə xəstəsi var, ağır vəziyyətdədir, hətta vəziyyəti elə olanlar var ki, 5 – 10 dəqiqə həmin xəstənin həyatını həll edir. Yolların məhdudlaşdırılmasına görə, həmin insan həyatını itirməli deyil. Kampaniya xarakteri daşıyan heç bir məsələnin yüz faiz tərəfdarı olmamışam. Amma tədbirin yüksək səviyyədə keçirilməsi üçün şəxsi avtomobillərin istifadəsinin məhdudlaşdırılmasının tərəfdarıyam. Xüsusi hallar var ki, həmin hallar insan həyatı ilə bağlıdır. Əgər insanın həyatından söhbət gedirsə, şərait yaradılmalıdır ki, həmin insan tez bir vaxtda xəstəxanaya çatdırılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə