ETSN əməkdaşları peşə bayramı ilə bağlı tədbir keçiriblər

ETSN əməkdaşları peşə bayramı ilə bağlı tədbir keçiriblər

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Nazirliyin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Nazir Hüseyn Bağırov açaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin, layihələrin müvəffəqiyyətlə davam etdirildiyini bildirib, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və perspektiv planlar barədə tədbir iştirakçılarına məlumat verib.
Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə Nazirliyin fərqlənən əməkdaşlarını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif edib.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə