Dövlət Proqramı ilə bağlı ictimai müzakirə keçirilib FOTOLAR

Dövlət Proqramı ilə bağlı ictimai müzakirə keçirilib FOTOLAR

Beyləqan şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyi tərəfindən "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına həsr olunmuş ictimai müzakirə təşkil olunub. SİA-nın məlumatına görə, tədbir Beyləqan rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə baş tutub. İctimai müzakirədə yerli dövlət strukturlar və gənclər təşkilatlarının nümayəndələri, eləcə də şəhərin 30 nəfərdən çox fəal gənclər iştirak edib.

ARGTMŞ-ın təşəbbüsü ilə silsilə şəkildə təşkil olunan ictimai müzakirələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-na əsasən 2016-2020-ci illəri əhatə edən "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının müzakirəsi və Dövlət Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilir.

Görüş zamanı iştirakçılar tərəfindən Dövlət Proqramının "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"-ın müvafiq maddələr üzrə müzakirələr aparılıb və "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına təkliflər səsləndirilib. ARGTMŞ-ın təşəbbüsü ilə "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına təkliflərin toplanılması ilə bağlı silsilə tədbirlər davam edir. İctimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə