İtaliyada yaşayan məşhur Türk jurnalisti Dündar Keşaplı və azərbaycanlı ictimai fəal Rəşad Qurbanov iki ölkə arasında əlaqələri gücləndirmək üçün İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyətini yaradıblar. SİA xəbər verir ki, yaradılan cəmiyyətin media məsələləri üzrə koordinatoru isə Elnur Eltürk təyin olunub. Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Dündar Keşaplı Azərbaycan və İtaliyada yaşayan dostlarıından tez-tez belə cəmiyyətin yaradılması ilə bağlı təkilf aldığını qeyd edərək bildirb ki, iki ölkə arasında əlaqələri daha da yaxınlaşdırmaq və gücləndirmək üçün belə bir cəmiyyətin yaranmasına böyük ehtiyac var idi: "Biz də Rəşad Qurbanovla cəmiyyətin yaranmasına qərar verdik. Düşünürəm ki, qazandığımız təcrübə əlaqələrimizin güclənməsinə fayda verəcək. Xüsusilə, qarşılıqlı idman, mədəniyyət, film, moda və sair istiqamətlərdə fəaliyyətlər həyata keçiriləcək".
Qeyd edək ki, cəmiyyətin 2015-ci il 6 may tarixində Bakıda təqdimat mərasimi keçirilicək.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB