Millət vəkili “Bakcell”i məhkəməyə verir

Millət vəkili “Bakcell”i məhkəməyə verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Elmira Axundova mobil operatorların abunəçilərinə göndərdiyi reklam xarakterli mesajları kəskin tənqid edib.

E. Axundova deyib: "Bezdirici mesajlar 10 minlərlə insana gəlir. Məndən xahiş ediblər ki, bu problemi Milli Məclisdə qaldırım. Mən bu məsələ ilə bağlı öncədən çıxış etmişəm və cənab sədr siz məni dəstəkləmisiniz. Mən Bakcelldən xahiş və tələb erdirəm ki, bu mesajlara son qoysunlar, əhalinin cibini boşaltmasınlar. Əks halda mən bu qurumu məhkəməyə verəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə