Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərə xəbərdarlıq edib. "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən SİA-ya verilən xəbərə görə, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.
Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB