Vüqar Bayramov: “Dünya Bankı məcburi köçkünlərlə bağlı layihə həyata keçirəcək” AÇIQLAMA
"Dünya Bankı işğal olunmuş ərazilər geri qaytarıldıqdan sonra məcburi köçkünlərin geri qayıtması və onların məskunlaşması ilə bağlı layihə həyata keçirir". Biu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Dünya Bankı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasında iqtisadi və sosial yardım göstərəcək. İnfrastrukturun formalaşdırılmasında dəstək olacaq: "Bu layihənin əsas mahiyyəti ondan ibarətdir ki, məcburi köçkünlər sözügedən işğal olunmuş ərazilər azad edildikdən sonra, öz yurdlarına qayıtması iqtisadi baxımdan mümkün olsun. Ona görə də azad edilmiş ərazilərin infrastrukturunun formalaşdırılması, inkişaf etdirilməsi, eyni zamanda həm iqtisadi baxımdan, həm də məşğulluğun təmin edilməsi ilə bağlı praktiki olaraq burada birmənalı şəkildə işlər aparılacaq. Yəni bu layihə məcburi köçkünlərin işğal olunmuş ərazilər azad edildikdən sonra öz torpaqlarına qayıtmasının iqtisadi baxımdan dəstəklənməsindən ibarətdir".
Ekspert həmçinin qeyd etdi ki, Dünya Bankı münaqişənin həll olunmasında iştirak edən qurum deyil və əsas məqsədi məcburi köçkünlərlə bağlı münaqişədən sonra layihə həyata keçirməkdir: "Təbii ki nəzərə almaq lazımdır ki, Dünya Bankı münaqişənin həllində iştirak edən qurum deyil. Dünya Bankı iqtisadi qurumdur, buna görə də iqtisadi baxımdan münaqişə həll olunduqdan sonra prosesə dəstək verməyə çalışır. Bu baxımdan bu məsələ daha çox müharibənin həllindən sonrakı prosesdə, işğal olunmuş torpaqlar geri qaytarıldıqdan sonra məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün, xüsusən iqtisadi və sosial infrastrukturun qurulması üçün problemin həlli istiqamətində yardım göstərməkdən ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB