Azərbaycanda ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki hazırlıq işlərinə başlanılıb. SİA-nın məlumatına görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə çıxış edən Səlim Müslümov prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanı ilə vətəndaşlara dövlət sosial yardım üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş imkanından danışıb. Fərmanı icrası məsələləri ilə əlaqədar keçirilən mətbuat konfransında çıxış edib. Tədbirdə həmçinin rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Elektron Hökumət" portalının operatoru – Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və "Azərpoçt" MMC-nin baş direktorunun müavini Sübhan Kazımov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB