“Azəryolservis”dən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA

“Azəryolservis”dən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA

"Azəryolservis"ASC-də islahatların aparılması və kadr dəyişikliyi ilə bağlı yayılan informasiyaların doğru-olub-olmadığını öyrənmək üçün qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə əlaqə saxladıq.

P. Mürsəliyev SİA-ya açıqlamasında bildirdi ki, "Azəryolservis"in sədri hələ ki, bu vəzifənin müvəqqəti icraçısıdır: "Heç bir dəyişiklik yoxdur. Yeni sədr uzun müddət bu sahədə işləmiş adamdır. "Azəryolservis"də islahatların aparılması da yeni sədrin səlahiyyətində olan məsələdir. Ancaq hələ ki, heç bir kadr dəyişikliyi və hər hansı bir islahat aparılmayıb. İslahatların olub-olmayacağını biz deyə bilmərik. Təbii ki, əgər islahatlar aparılacaqsa, bu haqda mətbuata açıqlama veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə