Dünya Türk Gənclərinin XVI qurultayı sona çatdı FOTOLAR

Dünya Türk Gənclərinin XVI qurultayı sona çatdı FOTOLAR

Dünya Türk Gəncləri Birliyinin XVI qurultayı bu gün öz işini başa vurdu. Qurultayın son günü bölmə toplantıları keçirilərək, müxtəlif müzakirələr aparıldı. Daha sonra ümumi toplantıda Dünya Türk Gəncləri Birliyinin üzvləri öz təklif və fikirlərini bildirdilər. Bu təkliflər müzakirə olunaraq müəyyən qərarlar qəbul olundu. Müzakirələr bitdikdən sonra DTGB –yə yeni sədr seçilməsi üçün iştirakçılar arasında səsvermə keçirildi. Birlik üzvlərinin yekdil seçimi nəticəsində Dünya Türk Gəncləri birliyinin hazırkı sədri Əkrəm Abdullayev yenidən birliyin sədri seçildi.

Çıxış edən Əkrəm Abdullayev birliyin yaradıldığı 1992-ci ildən bu günədək olan müddətdə görülən işlər, əldə edilən uğurlar barəsində danişdı. Birlik üzvlərinin inamını doğruldacağını vurğulayan Əkrəm Abdullayev Dünya Türk Gəncləri Birliyinin gələcək planları, qarşıya qoyduğu məqsədlər haqqında danışıb.

Sonda isə qurultay iştirakçıları xatirə şəkli çəkdirdilər və bununla da Dünya Türk Gənclərinin XVI qurultayı öz işini başa vurdu.

Qeyd edəkki, Dünya Türk Gənclərinin XVI qurultayı dekabrın 10-da Türkiyənin İstanbul şəhərində öz işinə başladı və bu gun dekabrın 14-də yekunlaşdı.

Məlahət Nuruyeva

Bütün xəbərlər Facebook səhifəmizdə