Oktyabr ayının üçüncü ongünlüyündə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.
Məlumata görə, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların Şıxlı-2 məntəqəsində 5.1, Ağstafaçayda 4.7, Ağstafaçay su anbarında isə 3.9 dəfə yol verilən qatılıq həddini keçdiyi qeydə alınıb. Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhramtəpə məntəqələrində də müşahidə olunub.
Mis birləşmələri isə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB