“NİDA” hərəkatının keçmiş üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

“NİDA” hərəkatının keçmiş üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamına əsasən azadlığa buraxılan "NİDA" hərəkatının keçmiş üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Gənclər bu humanist addıma görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə