Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulunu keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, qəbulda Gəncə ilə yanaşı Göygöl, Samux, Daşkəsən, Tərtər və Kəlbəcər rayonlarından olan bir qrup vətəndaşlar da iştirak edib. Müraciətlər əsasən ayrı-ayrı təminat növləri, minik avtomobilləri və mənzil, reablitasiya vasitələri ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı, əlilliyi olan şəxslərin bərpa-müalicəsi kimi məsələləri əhatə edib. Qəbul zamanı səslənən bəzi müraciətlər yerindəcə həllini tapıb.
Qeyd edək ki, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin müvafiq təşkilatların rəhbərlərinə çatdırılması üçün qeydə alınıb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB