Bilik Fondunda “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı tədbir keçirilib
"Əsrin müqaviləsi"nin imzalanmasından 20 il ötür. SİA-nın xəbərinə görə, bu münasibətlə Bilik Fondunda Prezidentin Fərdi təqaüdçüsü, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü İdris Rzabəyov və ADNA-nın Ümumi, tarixi geologiya və hidrogeologiya və neft-mədən geologiyası kafedrasının dosenti, Beynəlxalq Ekologiya Elmləri və Beynəlxalq Mineral Ehtiyatlar Elmləri Akademiyalarının həqiqi üzvü İslam Tağıyevlə görüş olub.
Qonaqlar Azərbaycanın neft sənayesinin tarixi və müasir inkişafı barədə ətraflı məlumat veriblər. Əsrin müqaviləsinin imzalanmasında ümummili lider Heydər Əliyevin rolunu xüsusilə vurğulayan qonaqlar Azərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfədən danışıblar.
20 il əvvəl Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi və "məhsulun pay bölgüsü" haqqında Əsrin müqaviləsinin imzalandığını xatırladan İdris Rzabəyov onun tarixi, siyasi və beynəlxalq əhəmiyyəti haqqında söhbət açıb.
"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirak etdiyini xatırladan İslam Tağıyev bu müqavilənin sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdığını deyib.
Tədbirdə AMEA-nın gənc alimlərindən Zeynəddin Şabanov, İlham Soltanov, Ağasəlim Həsənov, sosioloq Əhməd Qəşəmoğlu, Bilik Fondunun əməkdaşları və könüllü tələbə qrupunun üzvləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB