"İRƏLİ" İctimai Birliyi "Layihələrlə iş üzrə katiblik" nəznində təmənnasız olaraq rus, italyan və ərəb dili kurslarına start verilir. SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin xarici dil biliklərin gücləndiriliməsinə və təkminləşdirilməsinə yardımçı olmaqdır.
Dil kusrlarında iştirak edib, rus, italyan və ya ərəb dilini öyrənmək istəyən şəxslər CV formalarını [email protected] ünvanına göndərməlidirlər.
Gənclər keçirilən kurslar zamanı biliklərindən əlavə olaraq həmin ölkələrin mədəniyyəti və tarixi ilə də tanış olacaqlar, müzakirə klublarında, kino klublarında iştirak edəcəklər.
Dərslər həftədə 2 dəfə olmaqla 6 ay müddətində davam edəcək. Dil kurslarını müvəffəqiyyətlə bitirən şəxslər sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, "İrəli" İctimai Birliyi iki ay ərzində fransız, yapon və ingilis dili kurslarına start verəcək.
Layihədə iştirak etmək istəyənlər üçün son müraciət tarixi: 21.09.2014-cü ildir.
Xatırladaq ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi bir yer alan gənclər təşkilatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB