Azərbaycan Prezidenti əlcəzairli və fransalı həmkarlarına başsağlığı verdi

Azərbaycan Prezidenti əlcəzairli və fransalı həmkarlarına başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev əlcəzairli həmkarı Əbdüləziz Buteflikaya başsağlığı verib. SİA-nın məlumatna görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, "Air Algerie" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Dövlət başçısı həmçinin Fransa prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə