Elmi şuranın iclasında aktual məsələlər müzakirə olunub

Elmi şuranın iclasında aktual məsələlər müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda elmi şuranın iclası keçirilmişdir. İnstitutdan bildirmişlər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov müzakirə olunacaq məsələləri elmi şura üzvlərinin diqqətinə çatdırmışdır.

İclasda AMEA-nın Dendrologiya İnstitutunun 2014-cü il üçün elmi-təqdiqat planına əsasən laboratoriyalar üzrə yarımillik hesabatları dinlənilmişdir.

Tədbirdə institutun elmi əsərlər toplusunun növbəti VII cildinin hazırlanması və digər məsələləri müzakirə olunmuşdur.

Sonra İnstitutun direktoru Tofiq Məmmədov yay payız mövsümü ilə əlaqədar görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını vermişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə