Nazir Şəkidə vətəndaşları qəbul edəcək

Nazir Şəkidə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyun ayının 27-də Şəki şəhərində vətəndaşların qəbulunu keçirəcəkdir. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirmişlər ki, saat 10:00-da başlanacaq qəbulda Şəki Olimpiya Mərkəzində keçiriləcək qəbulda Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, nazirliyin 168 nömrəli "Qaynar xətt"i, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə