Region bələdiyyələri ilə görüş keçirilib FOTOLAR

Region bələdiyyələri ilə görüş keçirilib FOTOLAR

"Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi" Azərbaycan Respublikası Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gəncə, Yevlax, Samux, Goranboy rayonlarında ictimai problemlərin həllində QHT-lərlə bələdiyyələrin birgə əməkdaşlığının formalaşdırılaması" layihəsi çərçivəsində region bələdiyyələri ilə görüş keçirib. Layihə rəhbəri Etibar Əsədovun SİA-ya verdiyi məlumata görə, mayın 15-16-da Gəncə, Yevlax, Samux, Goranboy rayonlarında bələdiyyələri ilə keçirilən görüşlərdə bələdiyyə QHT münasibətləri müzakirə olunub: "Son zamanların araşdırması onu deməyə əsas verir ki, Bələdiyyə İnstitutları vətəndaş cəmiyyətinin ictmai problemlərinin həlli istiqamətində davamlı addımlar atır. Yerli idarəetmə orqanları kimi bələdiyyələr vətəndaşların mövcud sosial-iqtisadi problemlərinin həlli üçün açıq qapılar keçirir, vətəndaşların mövcud problemlərinin dərhal həlli istiqamətində qaynar xətt yaradılır, aktiv məhəllə təşkilatları formalaşdırılır. Bütün bunların nəticəsində bələdiyyələrin ictimai proseslərdəki rolu daha da artıb".

E.Əsədov onu da qeyd edib ki, müzakirələrdə çıxış edən Gəncə şəhər Nizami rayon bələdiyyəsi, Samux, Karayeri, Yevlax bələdiyyələri mövcud problemlər barəsində danışıblar. Onlar donor təşkilatlara çıxış imkanlarının zəif olduğunu qeyd ediblər. Tədbirdə bildirilib ki, bu yöndə mövcud problemlərin aradan qaldırılması üçün QHT-lərin imkanlarından istifadə olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə