Əfqanıstan hökuməti bu ölkədə təbii fəlakətdən ziyan çəkənlərə göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib. SİA-nın İRNA agentiliyinə istinadən verdiyi xəbərə görə, Əfqanıstan Fövqəladə Hallar Nazirliyinin müşaviri Azərbaycan hökumətinə diqqət və dəstəyinə görə öz minnətdarlığını bildirib: "Azərbaycan xalqı həmişə qardaş əfqan xalqının kədərinə və sevincinə şərik olub".
Qeyd edək ki, mayın 2-də Əfqanıstanın şimalında - Sərpol, Fəryab və Cövzcan vilayətlərində baş vermiş sel daşqınları nəticəsində minlərlə insan ölüb, xeyli adam yaralanıb, yüzlərlə sakin evsiz-eşiksiz qalıb və minlərlə mal-qara tələf olub. Azərbaycan hökuməti də mayın 4-də Əfqanıstana humanitar yardım göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB