Şeyxülislam rayonlarda dindarlarla görüşəcək

Şeyxülislam rayonlarda dindarlarla görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycanın şimal rayonlarına səfəri başlayıb. Bu barədə SİA-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, Şeyxülislam bu gün ərzində Qubada, Xaçmaz və Qusarda dini icmaların rəhbərləri ilə görüşəcək, dindarların qayğı və problemləri ilə yaxından maraqlanacaq: "Bu görüşlər artıq ənənəvi hal alıb. Şeyxülislam il ərzində bir neçə dəfə bu cür səfərlər edir və bu səfərdə onlardan biri hesab olunur. Hər üç rayonda görüşlər bu gün ərzində baş tutacaq. Görüşlər zamanı Şeyxülislam dindarların qayğı və problemləri ilə maraqlanacaq, lazımi tövsiyələrini verəcək".

R. Dadaşova əlavə edib ki, Allahşükür Paşazadə hər üç rayonunun Heydər Əliyev Mərkəzin olacaq, Qubada isə Soyqırımı Memorial Kompleksini ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə