Ədliyyə orqanlarına qulluqla bağlı müsabiqə başa çatdı

Ədliyyə orqanlarına qulluqla bağlı müsabiqə başa çatdı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2013-cü ilin noyabr ayının 16-da keçirilən test imtahanından uğur qazanan namizədlərlə nazirliyin Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb.

Bildirilir ki, namizədlərlə söhbətdən 60 nəfər müvəffəqiyyətlə keçib. Onlar qanunvericiliyə əsasən peşə fəaliyyətinə buraxılması məqsədilə aprelin 2-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar.

Müvəffəqiyyət qazanmış şəxslərin siyahısı ilə nazirliyin rəsmi saytında tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə