Səbail rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti iməclik rayonun təsərrüfat və digər xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan- respublikamızın sakinləri və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin gənub-qərb giriş yolu olan, "Şıx" yaşayış sahəsində, Salyan yolu boyunca keçirilib.
SİA-nın xəbərinə görə, iməclik ərəfəsində hazırlıq işləri görülüb, lazımi miqdarda ləvazimat toplanılıb, ağacların suvarılması üçün yeni xətlər çəkilib və su maşınları cəlb olunub, ən əsası isə burada əkilmək üçün dekorativ ağac və gül kolları alınıb.
İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılıb, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilib, "Dostluq parkı"ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılıb, yeni torpaq qatı, yaşıl ot qatı salınıb, 5 min ədəd yeni ağac, 40 min gül kolu əkilib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılıb.
Keçirilən iməclik zamanı 5000 ədəd yeni ağac əkilib, əlavə olaraq əvvəl əkilən 10 min ağaca qulluq göstərilib, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilib.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.
Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB