DİN xalq artistinin düşdüyü qəza ilə bağlı məlumat yayıb

DİN xalq artistinin düşdüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin düşdüyü qəza ilə bağlı məlumat yayıb. SİA-nın məlumatına görə, nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 01.00 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı və Xalid Mədətovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə V. Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə