FHN Lənkəranda regional müşavirə keçirib FOTOLAR

FHN Lənkəranda regional müşavirə keçirib FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində "Fovqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata kecirilməsi, eləcə də fovqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi (CRM) ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gucləndirilməsi" movzusunda regional seminar-müşavirə keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin, Lənkəran Regional Hidrometeorologiya muəssisəsi, Lənkəran Rayon Təhsil Şöbəsi, Qas istismarı idarəsi, Elektrik Şəbəkəsi, Mərkəzi Rayon Xəstəxanası, Şəhər Polis Şöbəsi, Mənzil Kommunal-Təsərrufat İstehsalat Birliyi və Lənkəran Şəhər İcra Hakimiyyəti numayəndələrinin iştirakı etdikləri tədbirdə Cənub Regional Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin Operativ məlumat şöbəsinin rəisi, kapitan Musəddiq Əsədov "Azərbaycan Respublikası FHN-nin 2014-cü il üçün qarşıya qoyduğu tapşırıqlarla əlaqədar goruləcək tədbirlərin həyata kecirilməsi zamanı Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gucləndirilməsi" mövzusunda məruzə edib.

Daha sonra Mərkəzin İtimaiyyətlə əlaqə və təbliğat sektorunun mudiri Zaur Huseynovun "FHN Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gucləndirilməsi məqsədilə hazırlanmış təkliflər" mövzusunda çıxışı dinlənilib.

Tədbirdə dövlət və bələdiyyə mulkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlukəsi olan iri govdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qaz doldurma məntəqələrinin muhafizə zonalarında məskunlaşmanın təhlukəli olması və digər məsələlər barədə geniş məlumat verilib. Sonra muvafiq idarə və muəssisələrin numayəndələrinin məlumatları dinlənilib. Sonda "Fovqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!", "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!" mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları paylanıb, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin torətdiyi fəsadlar, və digər sahələrlə bağlı foto slaydlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə