Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "SAM-ın şərhləri" jurnalının "Avropa Birliyinin enerji təhlükəsizliyi problemləri" adlı 12-ci sayını buraxıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəllifinin SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçisi Şahmar Hacıyevin olduğu tədqiqat Avropa Birliyi üz dövlətlərinin üzləşdiyi enerji problemləri və bu problemlərin həll yollarının təhlilini əks etdirir.
Buna əsasən, Avropa Birliyinin enerji təhlükəsizliyi sahəsində əsas problemlərdən biri AB-yə üzv dövlətlərin hər birinin ayrıca enerji siyasətinin həyata keçirilməsidir. Fərdi şəkildə həyata keçirilən enerji layihələri Avropa Birliyinin ümumi enerji marağına ziddir və uzunmüddətli perspektivdə birliyin enerji təhlükəsizliyinin təmin olunmasında neqativ rol oynayır. Nəticə olaraq qeyd edə bilərik ki, Avropa Birliyinə üzv dövlətlərin birgə enerji siyasətinin həyata keçirilməsi, enerji bazarının inteqrasiyası, alternativ enerji mənbələrinin inkişafı, həmçinin enerji mənbələrinin və marşrutlarının diversifikasiyası bu istiqamətdə atıla biləcək ən mühüm addımlardandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB