Düşmən cavab atəşi ilə susdurulub

Düşmən cavab atəşi ilə susdurulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Mərzili, Tərtər rayonunun Seysulan və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə