"Onlayn Medianın inkişafına dəstək" layihəsi çərçivəsində jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən bir həftəlik təlimlər başa çatıb. SİA-nın məlumatına görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu təlimlər qabaqcadan jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçirilib.
Təlimləri yeni media və İT sahəsində tanınan mütəxəssislər və ekspertlər Şaiq Muradov, Seymur Kazımov, Rəşad Əliyev, Ayaz Quliyev, Azər Nəzərov və Ələsgər Məmmədli, VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov, XDMX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin CERT rəhbəri Tural Məmmədov və Elektron Hökumət Portalının əməkdaşları İlqar Abdullayev və Rahib Əliyev aparıblar.
Təlimlər zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Artıq məlumat verildiyi kimi, "Onlayn Medianın inkişafına dəstək" layihəsi çərçivəsində eyni zamanda jurnalistlər və bloqçular üçün "Onlayn Media" müsabiqəsi və Tvitter mikrobloqunda "Ən yaxşı xalq jurnalisti" nominasiyası üzrə yarışma da keçirilir. Hazırda Müsabiqə qaydalarına uyğun olaraq materialların Müsabiqəyə təqdim olunması davam edir və 15 noyabr tarixdə başa çatacaq. Noyabr ayının sonunda Layihənin yekun Təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Təqdimat mərasimində Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr(planşetlər, smartfonlar və s.) və diplomlar təqdim olunacaq. Həmçinin təlimləri uğurla başa vuranlara Sertifikatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB