Suriyada eşşək, it və pişik ətinin yeyilməsinə icazə verilib DƏHŞƏT

Suriyada eşşək, it və pişik ətinin yeyilməsinə icazə verilib DƏHŞƏT

Bir neçə ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyada tükürpərdən fətva verilib. "Cihan" agentliyi xəbər verir ki, əhalinin qıtlığa məruz qaldığı bölgələrdə eşşək, it və pişik ətinin yeyilməsinə icazə verilib. Məlumata görə, Əsəd qüvvələri tərəfindən bombardıman və mütəmadi atəşin davam etdiyi bölgələrə ərzaq çatdırılması bir çox hallarda mümkünsüzdür. Bu isə öz növbəsində mühasirədə qalan insanların aclıqdan ölüməsi ilə nəticələnir.

Qeyd edək ki, beynəlxalq humanitar yardım quruluşları bölgəyə ərzaq yardımı aparsa da bunu ehtiyac sahiblərinə çatdıra bilmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə