Şirvanda Nərimanov adına parkın açılışı oldu FOTOLAR

Şirvanda Nərimanov adına parkın açılışı oldu FOTOLAR

Şirvanda N.Nərimanov adına parkın açılışı olub. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Şirvan şəhərində yenidən əsaslı təmir edilən N.Nərimanov adına park 1970-ci ildə tikilib. Bu günə qədər parkda abadlıq işləri aparılmadığı üçün yararsız hala düşmüşdü. Bu ilin may ayından parkda icra hakimiyyəti tərəfindən abadlıq, yenidənqurma işlərinə başlanılıb.

Parkın ərazisi 7 hektardır. Parkın ərazisinə 2400 kvadratmetr tamet örtük vurulub, 50 kvadratmetr ağ üzlük daşlardan piləkənlər, parkın mühafizəsi üçün 520p/m ağ üzlük daşdan hasar və 470p/m dəmir barmaqlıq tikilib, yerə 3400 p/m beton bardyur döşənib. Eyni zamanda parkda 20 ədəd müasir oturacaqlar, 24 ədəd zibil qutuları, xüsusi metaldan hazırlanmış xarici ölkə istehsalı olan 32 ədəd işıq dirəkləri quraşdırılıb. Parkın mərkəzi hissəsində Çindən gətirilmiş rəngli işıq saçan fantan kompleksi və ətrafında dairəvi oturacaqlar qraşdırılıb. Parkda uşaqların əylənməsi üçün Türkiyə istehsalı olan avadanlıqlarda quraşdırılıb. Bu gün N.Nərimanov adına istirahət parkının açılış mərasimi keçirilib.

Açılışı bildirən rəmzi lenti Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov kəsib. Parkla tanışlıqdan sonra icra hakimiyyətinin başçısı M.Camalov sakinlər qarşısında çıxış edərək bildirib ki, bu gün istifadəyə verilən parkda insanların istirahətini təmin etmək üçün bütün zəruri işlər görülüb. Şirvan şəhərində son 10 ildə ölkə prezidenti İlham Əliyevin qayğısı və təşəbbüsü ilə bu cür möhtəşəm abadlıq, quruculuq işləri kifayət qədər görülüb. Bu işlər bundan sonrada davam etdiriləcək ki, şəhərimizin sakinləri rahat, sərbəst şəkildə istirahət edə bilsinlər. Lakin sizlərdən yeganə xahişim odur ki, parkda quraşdırılan avadanlıqları qoruyub saxlayasınız. Çünki bu park sizlər üçün yüksək səviyyədə əsaslı təmir edilib. Şəhər rəhbəri görüləcək abadlıq quruculuq işləri barədə sakinlərə məlumat verdikdən sonra açılış münasibəti ilə hər kəsi təbrik edib. Parkın ərazisində yaşayan sakinlərdən çıxış edərək yaradılan şəraitə görə prezident İlham Əliyevə və icra hakimiyyətinin başçısı Mərdan Camalova minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarına konsert proqramı təqdim olunub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə