Sabah hava dəyişkən buludlu olacaq

Sabah hava dəyişkən buludlu olacaq

"Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Hava əsasən yağmursuz olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, paytaxtda və yarımadada havanın temperaturu gecə 18-21, gündüz 25-30 dərəcə isti olacaq.

Məlumata əsasən, sentyabrın 17-də ölkənin bölgələrində hava əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək: "Havanın temperaturu Aran rayonlarında gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 20-24 dərəcə isti olacaq".

Qeyd edək ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və havada rütubətliliyin nisbətən çoxluğu bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə