“MQF seçki koalisiyası” yeni layihənin icrasına başladı

“MQF seçki koalisiyası” yeni layihənin icrasına başladı

Milli QHT Forumu "MQF seçki koalisiyası" Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi" layihəsinin icrasına başlayıb. SİA-ya verilən məlumata görə, layihənin məqsədi 2013-cü il oktyabr ayında keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərinə qədər normal seçki mühitinin yaradılması, seçkilərin azad, ədalətli, obyektiv keçirilməsi, seçki və seçici hüququ ilə əlaqədar olaraq əhalinin geniş təbəqələrinin maarifləndirilməsi və seçki subyektlərinin hüquqi məlumatlandırılmasını yüksəltməkdir.

Qeyd edək ki, layihə Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Qaradağ rayonları və Mingəçevir, Ağdaş, Zərdab, Ucar, Kürdəmir, Saatlı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə