YAP Nizami rayon təşkilatının “Hidromaşservis” ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib

YAP Nizami rayon təşkilatının “Hidromaşservis” ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib

İyulun 26-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının "Hidromaşservis" ərazi ilk partiya təşkilatında prezident seçkilərinə hazırlıqla bağlı yığıncaq keçirilib.

SİA-nın məlumatına görə, yığıncağı açan təşkilatın sədri Əhməd Hümbətov ötən dövr ərzində ilk təşkilatın gördüyü işlərdən və seçki ilində qarşıda duran vəzifələrdən danışıb.

Sonra Nizamnaməyə uyğun olaraq ilk təşkilatın 7 nəfərdən ibarət idarə heyəti təsdiq edilib, təşkilatın sədri Əhməd Hümbətov yekdilliklə idarə heyətinin sədri seçilib. Eyni zamanda, qadınların və gənclərin fəaliyyət dairəsini daha da genişləndirmək üçün təşkilatın tərkibində qadınlar şurası və gənclər təşkilatı yaradılıb.

Nübar İsmayılova qadınlar şurasının, İslam Kərimov isə gənclər təşkilatının sədri seçilib.

Yığıncaqda, həmçinin bu ilin oktyabrında keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlərə baxılıb, bununla əlaqədar ilk təşkilatın qarşısında duran vəzifələrlə bağlı partiya üzvlərinin fikirləri dinlənilib. Qərara alınıb ki, partiyanın hər bir üzvü nəinki işlədiyi kollektivdə, eyni zamanda, yaşadığı qəsəbədə, ictimai yerlərdə belə Yeni Azərbaycan Partiyasının namizədinin təbliği ilə məşğul olmalı, qarşıya çıxan hər bir mənfi hallara tutarlı faktlarla cavab verməlidir. Bütün bunlar əsas götürülərək ilk təşkilatın nəzdində 15 nəfərdən ibarət təbliğat-təşviqat qrupu yaradılıb. Qrupa ən fəal və siyasi cəhətdən hazırlıqlı partiya üzvləri daxil ediliblər.

Yığıncaqda çıxış edən partiya üzvləri prezident seçkiləri ilində bu cür tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etməklə yanaşı, bir sıra təklif və mülahizələrini də bildiriblər.

Sonda bir qrup YAP üzvünə partiya üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə