Yeni Parkinq istifadəyə verildi YENİ XƏBƏR

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət etdi
Yeni Parkinq istifadəyə verildi YENİ XƏBƏR

Heydər Əliyev Sarayı ilə Füzuli meydanı arasında salınmış mərkəzi istirahət parkının alt hissəsində 4500 yerlik müasir tipli yeni avtoparkın istifadəyə verilməsi ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb. SİA-nın aldığı məlumata görə, Sərəncama əsasən Bakı şəhərində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması, qanunsuz dayanma və parklanma sisteminin tənzimlənməsi məqsədilə Neftçilər, G.Səfərəliyeva, N.Nərimanov, İstiqlaliyyət, Gənclər meydanı (Qoşa Qala Qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bül-bül, R.Behbudov, Füzuli, Azadlıq, 28 may, Səməd Vurğun, Xaqani, Nizami, Ş.Bədəlbəyli, M.A.Əliyev, Ş.Qurbanov, C.Cabbarlı, Z.Əhmədbəyov (Nizami metro st.-nın qarşısı) küçələrini əhatə edən hissədə avtomobillərin parklanması və dayanması qadağan olunub.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən şəhərin mərkəzi hissəsində müvafiq icazə olmadan hüquqi və fiziki şəxslər tərəfindən qanunsuz avtomobil dayanacağına çevrilərək qanunsuz gəlir əldə edən şəxslər haqqında inzibati tədbirlərin görülməsi və bu hissədə qanunsuz parklanma hallarının qarşısının alınması Bakı Şəhər Baş Polis İdarəsinə həvalə olunub.

Avtomobil sahiblərindən şəhərin mərkəzi hissəsində yaranmış sıxlığın qarşısını almaq və istifadələrində olan nəqliyyat vasitələrinin təhlükəsizliyi məqsədilə inşa edilmiş müasir standartlara cavab verən parkinqlərdən istifadə etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə