Xədicə İsmayılovanın arzusu yenə ürəyində qaldı

Xədicə İsmayılovanın arzusu yenə ürəyində qaldı

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında Cəmilə Səfiyevanın sədrliyi ilə iddiaçı Xədicə İsmayılovanın Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2013-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxılıb.

Məhkəmədə "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın "Səs" qəzeti redaksiyasına qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddiası təmin edilməyib.

Məhkəmənin qərarına görə, İsmayılova Xədicə Rövşən qızının kassasiya şikayəti təmin edilməyib. Səbail rayon Məhkəməsinin 2 (009)- 382/2013 saylı, 13 fevral 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə