Xarici işlər naziri Əhməd Davudoğlu Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının toplantısına qatılmaq məqsədilə səfərdə olduğu Bruneydə bir sıra görüşlər keçirib. Davudoğlu Asiya ilə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi üçün önəmli toplantılara qatılıb. Davudoğlunun səfərində Suriya məsələsi yenə ilk yeri tutub.
Əvvəl BMT Təhlükəsizlik Şurasının daimi üzvü Çinin Xarici işlər naziri Vanq Yi ilə görüşən Davudoğlu daha sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov ilə kritik bir görüş reallaşdırıb.
Davudoğlu həmkarlarına "Suriya xalqını bu əli qanlı rejimə qarşı qorumaq dünya birliyinin məsuliyyətidir, təcili olaraq tədbir görülməlidir", - deyib.
Davudoğlunun ABŞ Dövlət katibi Con Kerri ilə keçirdiyi görüşdə isə Fələstin məsələsindən danışılıb.
Davudoğlu Kerrinin Türkiyənin Fələstin məsələsilə bağlı sülh görüşləri prosesində çox önəmli bir rola sahib olduğunu və bunu davam etdirəcəyini söyləyərək onlardan dəstək istədiyini ifadə edib.
Suriya məsələsinə də toxunan Davudoğlu Homsda hava qüvvələrinin müşayiətində həyata keçirilən hücumların dinc əhalinin həlakına səbəb olduğuna işarə edərək, başda Hizbullah olmaqla xarici ünsürlərin fəal olaraq toqquşmasının da narahatçılıq doğurduğunu dilə gətirib.
Xarici işlər naziri Əhməd Davudoğlu Cənub-Şərqi Asiya ölkələri Assosasiyasının Bruneydə keçirilən toplantısı çərçivəsində ABŞ dövlət katibi Con Kerri ilə də görüşüb.
Con Kerri bununla bağlı araşdırma aparıldığını və lazım olan açıqlamanı verəcəklərini deyib.
Dövlət katibi bu cür hadisələrin iki ölkə arasındakı münasibətlərə kölgə salmasını istəmədiklərini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB